Xavi forvardı istirahətə göndərdi

Xavi forvardı istirahətə göndərdi

"Barselona"nın hücumçusu Ansu Fati İspaniya Primyerasının qarşıdakı 4 oyununda komandasına kömək etməyəcək.

Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, əzələ zədəsi alan forvard hazırda bərpa prosesi keçir. 

Baş məşqçi Xavi gənc oyunçunun səhhəti ilə risk etməmək üçün ona tam sağalana qədər istirahət imkanı yaradıb.

Bu mövsüm bütün turnirlər daxil olmaqla, "Barselona" forması ilə 8 oyuna çıxan Fati 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər