Xavi de Yonq və Obameyanqın getməsini istəyir? - Özü dedi  

Xavi de Yonq və Obameyanqın getməsini istəyir? - Özü dedi  

"Barselona"nın baş məşqçisi Xavi La Liqanın ilk turu çərçivəsində "Rayo Valyekano"ya qarçı keçirəcəkləri matçdan öncə təşkil edilən mətbuat konfransında komandanın iki futbolçusu - Pyer-Emerik Obameyanq və Frenki de Yonqla bağlı fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, 42 yaşlı çalışdırıcı hər iki futbolçunun Kataloniya təmsilçisində qalmasının tərəfdarı olduğunu deyib:

"Obameyanqa güvənirəm. Onun çıxışından məmnunam. Kimi gələcək planların tərkib hissəsi kimi görmürəmsə, şəxsən özünə çatdırmışam. De Yonq da mənə lazımdır. O, maraqlı futbolçudur. Hər şeyə avqustun 31-nə - transfer pəncərəsi bağlanana qədər aydınlıq gələcək. Biz hələ nə olacağını bilmirik".

Xatırladaq ki, kataloniyalılar de Yonqun klubun ona ödəməli olduğu 20 milyon avro borcdan imtina etməsini istəyir. İndilik İspaniya nəhəngi ilə niderlandlı yarımmüdafiəçi ortaq məxrəcə gələ bilmir və Frenkinin satılması gündəmdədir.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər