Xavi Dani Alveşdən üzr istədi: "Bu, ədalətsiz qərar idi"

Xavi Dani Alveşdən üzr istədi: "Bu, ədalətsiz qərar idi"

"Barselona"nın baş məşqçisi Xavi Dani Alveşin adını Avropa Liqası üçün iştirak ərizəsinə salmamasının səbəbini açıqlayıb və braziliyalı müdafiəçidən üzr istəyib. 

Fanat.Az xəbər verir ki, 41 yaşlı mütəxəssis seçiminə görə üzr istəyərək, onun adının avrokubok oyunları üçün siyahıdan çıxarılmasına belə aydınlıq gətirib: 

"Turnirin qaydaları klublara pley-off mərhələsinə qədər yalnız üç yeni oyunçunu qeydiyyatdan keçirməyə icazə verir. Bilirəm ki, qərarım Daninin xoşuna gəlməyib. Onu başa düşürəm. Ancaq seçim edərkən müdafiəmizin sağ cinahında hücumdan daha çox seçimimizin olduğunu düşündük. 

Doğrudan da, bu, ona qarşı haqsızlıq idi. Amma yeni oyunçulardan birini seçməli oldum. Ancaq istedadına görə yox, oynadığı mövqeyə görə".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər