Xavi ardıcıl məğlubiyyətləri belə şərh etdi

Xavi ardıcıl məğlubiyyətləri belə şərh etdi

Dekabrın 10-da La Liqa çərçivəsində "Jirona"ya (2:4), bundan 3 gün sonra isə Çempionlar Liqasında "Antverpen"ə (3:2) uduzan "Barselona"nın baş məşqçisi Xavi ardıcıl məğlubiyyətləri şərh edib.

Fanat.Az xəbər verir ki, "Goal" onun dediklərini belə çatdırıb:

"Nikbinliyimi itirmirəm. Vəziyyəti düzəldə biləcəyimi düşünürəm. Biz dörd müxtəlif turnirdə mübarizəni davam etdiririk. Çempionlar Liqasında məqsədimiz ötənilki nəticəni yaxşılaşdırmaq idi ki, buna da nail olduq. Toparlanmalı və növbəti matçda daha yaxşı olmağa çalışmalıyıq".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər