Xavi 15 yaşlı vunderkindin debütünü dəyərləndirdi

Xavi 15 yaşlı vunderkindin debütünü dəyərləndirdi

"Barselona"nın baş məşqçisi Xavi İspaniya çempionatının 32-ci turu çərçivəsində keçirilən matçda - "Real Betis"lə oyunda 4:0 debüt edən 15 yaşlı Lamin Yamaldan danışıb.

Fanat.Az xəbər verir ki, mütəxəssisin dediklərini insayder Fabritsio Romano şəxsi "Twitter" hesabı üzərindən belə çatdırıb:

"Lamin işinin öhdəsindən çox yaxşı gəldi. Mən ona müəyyən tapşırıqlar vermişdim. Dediklərimi yerinə yetirə bildi. Təsəvvür edin, bunu 15 yaşında bacardı. Hətta qol vurmağa da yaxın oldu. Lamin xüsusi oyunçudur, özünəinamı yüksək səviyyədədir. Bu, çox önəmli məqamdır".

Qeyd edək ki, Yamal matçın 86-cı dəqiqəsində 18 yaşlı Qavini əvəzləyərək debütünü reallaşdırıb.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər