Vüsalın komandası elitaya vəsiqə qazana bilər

Vüsalın komandası elitaya vəsiqə qazana bilər

Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin komandası - "Boluspor" Türkiyə 1-ci liqasında 34-cü turun oyununa çıxıb.

Fanat.Az xəbər verir ki,  Bolu təmsilçisi "Çorum"u 2:1 hesabı ilə yenib.

Vüsal bu matçı ehtiyat oyunçular skamyasından izləyib.

Əzmkar qələbə sayəsində xallarının sayını 53-ə çatdıran "Boluspor" mövsümü 7-ci pillədə başa vurub. Bununla da sözügedən kollektiv Super Liqaya vəsiqə uğrunda pley-offda iştirak etmək hüququ qazanıb. Komanda pley-offda "Bodrumspor"la qarşılaşacaq. 

Pley-offun ilk oyunları mayın 19-da, cavab görüşləri isə ayın 23-də keçiriləcək.

Qeyd edək ki, 1-ci liqada lider olan “Eyüpspor” və 2-ci yeri tutan “Göztepe” Superliqaya birbaşa vəsiqə qazanıblar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər