Vüsal oynadı, komandası xal qazandı

Vüsal oynadı, komandası xal qazandı

Futbol üzrə Türkiyə 1-ci liqasında 21-ci turun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda iddialılardan olan “Eyüpspor"”la qarşılaşaraq qolsuz heç-heçə (0:0) ilə kifayətlənib. Vüsal matça əvəzetmədən, 54-cü dəqiqədə qoşulub. 

21 tura 23 xal toplayan “Keçiörengücü” çempionatın turnir cədvəlində 19 iştirakçı arasında 14-cü pillədədir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər