Vüsal oynadı, komandası çətin səfərdən qalib döndü

Vüsal oynadı, komandası çətin səfərdən qalib döndü

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Keçiörengücü" Türkiyə I Liqasında bu gün növbət oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Ankara təmsilçisi 22-ci tur çərçivəsində "Adanaspor"un qonağı olub. 

Futbolçumuzun komandası çətin səfərdən qalib ayrılıb – 1:0.

Vüsal da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 78-ci dəqiqədə əvəzlənib. 

Keçirdiyi 21 oyunda 26 xal toplayan "Keçiörengücü" turnir cədvəlinin 11-ci pilləsinə yüksəlib. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər