Bu gün Türkiyə I Liqasında 25-ci turun növbəti oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Keçiörengücü" də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda aşkar autsayder "Balıkesir"lə qarşılaşmadan qalib ayrılıb - 3:1.
İsgəndərli bugünkü görüşdə start heyətində yer almayaraq oyuna 81-ci dəqiqədə qoşulub. Qeyd edək ki, 25 turdan sonra 31 xal toplayan "Keçiörengücü" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Ankara təmsilçisi 2022-ci ildə keçirdiyi 6-cı oyunda da məğlub olmayıb (3 qələbə, 3 heç-heçə).