Vüsal İsgəndərlinin komandası qələbəni əldən verdi

Vüsal İsgəndərlinin komandası qələbəni əldən verdi

Futbol üzrə Türkiyə 1-ci liqasında XXIII turun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Samsunspor"la qarşılaşaraq 1:1 hesablı heç-heçə ilə kifayətlənib. Hesabı ilk hissədə açan meydan sahibləri üstünlüyünü qoruya bilməyib.

Vüsal matça start heyətində çıxıb və 71-ci dəqiqədə əvəzlənib. 

23 tura 27 xal toplayan “Keçiörengücü” çempionatın turnir cədvəlində 19 iştirakçı arasında 11-ci pillədədir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər