Vüsal İsgəndərli son turda niyə oynamayıb? - Açıqlama

Vüsal İsgəndərli son turda niyə oynamayıb? - Açıqlama

Türkiyə I Liqasının 20-ci turunda “Keçiörengücü” “Altınordu”nun qonağı olub və 3:2 hesabı ilə qalib gəlib. 

Sözügedən oyunda “Keçiörengücü”nün azərbaycanlı futbolçusu Vüsal İsgəndərlinin adı matçın iştirak ərizəsinə salınmayıb.

Bunun səbəbi isə 27 yaşlı yarımmüdafiəçinin cəzalı olmasıdır. 

Fanat.Az-a danışan Vüsal İsgəndərli aktivində 4 sarı vərəqə olduğu üçün matçı buraxmalı olduğunu bildirib. 

"Cəzalı idim. Ancaq qarşıdakı turda baş məşqçimiz şans versə, meydana çıxacağam. Zədəm vardı. Məşqdə xəsarət almışdım. Ancaq vəziyyət yaxşıya doğru gedir. İnşallah, 1-2 günə tam hazır olaram". 

Qeyd edək ki, 20 tura 22 xal toplayan “Keçiörengücü” çempionatın turnir cədvəlində 19 iştirakçı arasında 13-cü pillədədir.

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər