Vüqar Həşimov Memorialı: Karuana qalib, Məmmədyarov üçüncü oldu

Vüqar Həşimov Memorialı: Karuana qalib, Məmmədyarov üçüncü oldu

Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirə yekun vurulub.

Fanat.Az xəbər verir ki, sonuncu yarış günündə bilts üzrə daha 7 tur oynanılıb.

Rapid və blitsdəki yekun nəticələrə əsasən, ABŞ təmsilçisi Fabiano Karuana və macarıstanlı Rixard Rapport eyni - 24 xal topladığından birinci yerin sahibini müəyyənləşdirmək üçün şahmatçılar öz aralarında "armageddon" oynayıblar. Rəqibini məğlub edən Karuana turnirin qalibi olub.

Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov 22,5 xalla yarışı 3-cü pillədə tamamlayıb. Rauf Məmmədov (15,5 xal) 5-ci, Vüqar Əsədli (10 xal) isə 7-ci yerlə kifayətlənib.

Qeyd edək ki, Vüqar Həşimov Memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olub. Ötən il koronavirus pandemiyası ilə əlaqədar turnir baş tutmayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər