“Vüqar Həşimov Memorialı” bu il Şuşada keçiriləcək

“Vüqar Həşimov Memorialı” bu il Şuşada keçiriləcək

Şahmat üzrə “Vüqar Həşimov Memorialı” bu il Şuşada keçiriləcək.

Fanat.Az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi tərəfindən açıqlanan il ərzində Azərbaycanda təşkil olunacaq beynəlxalq idman tədbirlərinin siyahısında qeyd olunub.

İlk dəfə Şuşada baş tutacaq “Vüqar Həşimov Memorialı”nın onuncusu avqustun 27-31-i aralığında keçiriləcək.

Bu superturnir 2023-cü ildə Qəbələdə təşkil edilib. Hindistan təmsilçisi Vidit Santoş Qucrati həmin yarışın qalibi olub.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər