"Vüqar Həşimov" İngiltərə, "Odlar Yurdu" Fransa komandasına qarşı

"Vüqar Həşimov" İngiltərə, "Odlar Yurdu" Fransa komandasına qarşı

Bu gün Avstriyanın Mayrhofen şəhərində Azərbaycanın iki komandasının iştirakı ilə şahmat üzrə klublararası Avropa Kuboku start götürəcək.

Fanat.Az xəbər verir ki, kişilərin yarışında ölkəmizi "Vüqar Həşimov" klubu təmsil edəcək. Qadınların turnirində isə "Odlar Yurdu" qüvvəsini sınayacaq.

Artıq təmsilçilərimizin ilk turdakı rəqibləri bəllidir.

I tur

Kişilər "Şarks" (İngiltərə) - "Vüqar Həşimov" (Azərbaycan)

Qadınlar "Odlar Yurdu" (Azərbaycan) - "Filidor" (Fransa) 

Görüşlər Bakı vaxtı ilə saat 16:15-də başlayacaq.

Qeyd edək ki, kişilərin turnirində 70, qadınlarda 17 komanda çıxış edəcək. Hər iki mübarizə İsveçrə sistemi üzrə 7 turdan ibarət olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər