"Vəziyyətdən çıxmaq üçün daha 10 oyunumuz var" - Gimarayns üzgündür

"Vəziyyətdən çıxmaq üçün daha 10 oyunumuz var" - Gimarayns üzgündür

"Nyukasl"ın yarımmüdafiəçisi Bruno Gimarayns İngiltərə Kubokunun 1/4 final mərhələsində "Mançester Siti"dən aldıqları məğlubiyyətə (0:2) münasibət bildirib.

Fanat.Az-ın məlumatına görə, braziliyalı oyunçu bu barədə şəxsi "X" hesabında paylaşım edib:

"Söz tapa bilmirəm. İngiltərə Kubokunda yolumuza adavam edə bilmədiyimiz üçün üzgünəm. Vəziyyətdən çıxmaq üçün Premyer Liqada daha 10 oyunumuz var. Həmişə olduğu kimi, azarkeşlərimizə güvənirik".

Xatırladaq ki, 28 tura 40 xal toplayan "Nyukasl" İPL-in turnir cədvəlində 10-cu pillədə mövqe tutub. "Sağsağanlar" Çempionlar Liqasında qrup sonuncusu olaraq avrokuboklarla vidalaşıblar.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər