Vergilər Nazirliyinin əməkdaşı dünya çempionu oldu

Vergilər Nazirliyinin əməkdaşı dünya çempionu oldu
Kiqboksing WKA versiyası üzrə İtalyanın Karara şəhərində 30.10.2019-03.11.2019-cu il tarixləri arasında keçirilən Dünya Çepionatında Azərbaycan Respublikası Vergilər Nazirliyinin Audit Departamentinin əməkdaşı Azər Aslanov qızıl medala layiq görülüb.
Fanat.Az xəbər verir ki, bu münasibətlə Azərbaycan Kiqbosing Federasiyasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Adil Əliyev Azər Aslanovu qəbul edərək onu təbrik edərək çoxsaylı ölkələrin iştirak etdiyi dünya çempionatında Azərbaycan Dövlət Himnini səsləndirdiyi və Bayrağını dalğalandırdığı üçün təşəkkürünü bildirdi.
Qeyd edək ki, Azər Aslanov bundan öncə də bir neçə dəfə dünya çempionu və kubokunun qalibi olmuşdur.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər