Almaniya Bundesliqasında 26-cı tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.
“Köln” - “Borussiya” (Mönhenqladbax) matçı qolsuz bitib. Üç qolun qeydə alındığı “Verder” - “Hoffenhaym” matçında isə qonaqlar qalib gəliblər.
Hazırda 55 xala malik “Bayern” vahid liderdir. 53 xalı olan Dortmund “Borussiya”sı ikinci, 51 xala malik “Union Berlin” isə üçüncü pillədə qərarlaşıb. “Frayburq” 47, “Leypsiq” 45, “Ayntraxt” 41, “Bayer”lə “Maynts” 40 xal toplayıblar.
Almaniya Bundesliqası 26-cı tur 31 mart
Ayntraxt – Bohum 1:1 Qol: Kolo Muani, 22-pen – Asano, 14.
1 aprel
Frayburq – Herta 1:1 Qol: Qrifo, 52 – Nqankam, 77.
Leypsiq – Maynts 0:3 Qol: İnqvartsen, 9.
Şalke – Bayer 0:3 Qol: Frimponq, 50. Virts, 61. S.Azmun, 90+2.
Union Berlin – Ştutqart 3:0 Qol: Bekker, 51. Behrens, 65. Haraquçi, 68-öz qapısına.
Volfsburq – Auqsburq 2:2 Qol: Valdşmit, 84. Nmeça, 90+6 – Arnold, 2-öz qapısına. Berişa, 32.
Bayern – Borussiya (Dortmund) 4:2 Qol: Kobel, 13-öz qapısına. Müller, 18; 23. Koman, 50 – E.Can, 72-pen. Malen, 90.
2 aprel
Köln – Borussiya (Mönhenqladbax) 0:0
Verder – Hoffenhaym 1:2 Qol: Piper, 76 – Kramariç, 50. Baumqartner, 52.