Və yenə də Ronaldo- tarixin ən yaxşısı oldu

Və yenə də Ronaldo- tarixin ən yaxşısı oldu

İngiltərənin Four Four Two nəşri Premyer Liqa tarixinin ən yaxşı legionerlərinin siyahısını tərtib edib. Fanat.Az xəbər verir ki, Kriştiano Ronaldo ilk pillədədi.

Hazırda Madrid “Real”ında top qovan superulduz 2003-2009 aralığında “Mançester Yunayted”də oynayıb. Bu dönəmdə 5 dəfə İngiltərə çempionluğunu bayram edən portuqaliyalı Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırmağa da imkan tapıb.

İkinci yerdə “Arsenal”ın əfsanəsi sayılan Tyerri Anridisə, üçüncü mövqedə daha bir MY-li boy göstərir: Erik Kantona.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər