Vardi Kantedən danışdı: "Zənglərimə cavab vermədi..."

Vardi Kantedən danışdı: "Zənglərimə cavab vermədi..."

İngiltərənin "Lester Siti" klubunun hücumçusu Ceymi Vardi sabiq komanda yoldaşı Nqolo Kante haqda maraqlı açıqlama verib.

Fanat.Az xəbər verir ki, Vardi bu barədə "Sky Sports" müsahibəsində danışıb: 

“Çelsi" Çempionlar Liqasını qazandıqdan bir gün sonra onu təbrik etmək üçün zəng etdim. Amma zənglərimə cavab vermədi. Bir müddət sonra özü zəng etdi və üzr istəyərək ənənəvi səhər qaçışında olduğunu dedi. Bu səbəbdən telefonunu evdə qoyduğunu qeyd etdi. Qəribədir. Gecə çempionluq kubokunu qaldırmısan, səhər isə gündəlik qaçışını yerinə yetirirsən. Bu fakt Kantenin yaxşı insan və peşəkar futbolçu olduğunu göstərir". 

Xatırladaq ki, Nqolo Kante 2015-16 mövsümündə "Lester Siti"nin heyətində  çıxış edib və İngiltərə Premyer Liqasının qalibi olub. Elə həmin il "Çelsi"yə transfer olunub və hazırda London təmsilçisinin şərəfini qoruyur.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər