"Liverpul"un müdafiəçisi Vircil van Deyk 20 yaşı olarkən ölümdən dönüb.
Fanat.Az xəbər verir ki, peritonit və böyrək zəhərlənməsindən əziyyət çəkən van Deyk vəsiyyətini yazmaq məcburiyyətində qalıb. Niderland yığmasının üzvü "Daily Mail"ə açıqlamasında qeyd edib:
"Xəstəxanada olanda tək gördüyüm şey borular idi. Bədənimi tərpədə bilmirdim. Normal olaraq, ən pis ehtimalı düşünməyə başladım. Həyatım təhlükədə idi. Anamla birlikdə dua edirdik.
Bəzi sənədləri imzalamalı idim. Bir sözlə, vəsiyyətimi yazırdım. Bunu etmək məcburiyyətində idim, çünki ölüm yaxın görünürdü. 13 gün xəstəxanada qaldım. Çox çətin idi. Yeriyə bilmirdim".
Fanat.Az