Van Der Sar postunu tərk etdi

Van Der Sar postunu tərk etdi

Edvin van der Sar "Ayaks"ın icraçı direktoru vəzifəsindən ayrılıb. 

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Niderland təmsilçisinin rəsmi saytına danışan 52 yaşlı veteran qapıçı qərarı ilə bağlı bunları söyləyib: 

"11 il direktorlar şurasında işlədikdən sonra ayrılmaq qərarına gəldim. Biz birlikdə gözəl şeylər yaşadıq. Amma inanılmaz dərəcədə çətin dövr oldu. Bu gərginlikdən uzaqlaşmaq, biraz dincəlmək və başqa işlərlə məşğul olmaq ehtiyacı hiss edirəm. Bu gözəl klubun gələcəyi ilə bağlı qərar qəbul etmək lazım idi. Ona görə də təqaüdə çıxmağı seçdim". 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər