"Valensiya"da daha 4-ü yoluxdu, klub karantinə alındı

"Valensiya"da daha 4-ü yoluxdu, klub karantinə alındı
Argentina yığmasının 33 yaşlı üzvü Ezekiel Qarayın ardınca "Valensiya" camiəsinin daha 4 üzvü koronavirusa yoluxub.
 
Fanat.Az xəbər verir ki, La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə klubdakı vəziyyətin daha ciddi olduğunu bəyan edib. Klubun futbolçu və texniki heyətinə daxil olan həmin şəxslərin kimliyi açıqlanmayıb.
 
Qeyd edək ki, futbolçular, məşqçilər və idarəçilərlə yanaşı klubun bütün digər əməkdaşları da karantinə alınıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər