"Valensiya"nın ötən aydan boş qalan baş məşqçi postunu Xavi Qrasiya tutacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı yayan "Marca" qəzeti 50 yaşlı ispan mütəxəssislə razılaşan "yarasalar" yeni çalışdırıcının adını iyulun 27-də ictimaiyyətə açıqlayacaq.
Qeyd edək ki, "Valensiya"nın sabiq baş məşqçisi Albert Selades iyunun 29-da postundan uzaqlaşdırılıb.
Fanat.Az