"Uğursuzluqla barışmalıyıq" - Erik ten Haq

"Uğursuzluqla barışmalıyıq" - Erik ten Haq

"Mançester Yunayted" Avropa Liqasında 1/4 finalın ilk oyunları çərçivəsində İspaniya "Sevilya"sı qəbul edib. 

Fanat.Az xəbər verir ki, görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. 

Matçdan sonra "Sky Sports"a danışan İngiltərə klubunun baş məşqçisi Erik ten Haq görüşü belə dəyərləndirib: 

"Oyun bizim əlimizdə idi. Biz 2:0 öndə idik. Üçüncü, dördüncü qolları vurmalı idik. Amma zədələrlə bağlı çətin anlar yaşadıq, bir neçə əvəzləmə etməli olduq. Sonra idarəetməni itirdik və söndük. Ardından Lisandro Martinezi itirdik və oyunu 10 nəfərlə davam etdirməli olduq. Və daha sonra avtoqol buraxdıq. Bu, uğursuzluqdur. Və biz bununla barışmalıyıq".

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu aprel ayının 20-i tarixində keçiriləcək. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər