Unai Emeri "Bayern"lə cavab matçından nə gözləyir?

Unai Emeri "Bayern"lə cavab matçından nə gözləyir?

"Vilyarreal"ın baş məşqçisi Unai Emeri UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin oyunu - "Bayern Münhen"lə cavab qarşılaşması ilə bağlı gözləntilərini bölüşüb.

Fanat.Az xəbər verir ki, "Marca" 50 yaşlı mütəxəssisin dediklərini belə çatdırib:

“Bu, böyük və çətin oyun olacaq. Bir məşqçi kimi mənim üçün ən böyük həqiqət anıdır. "Bayern Münhen" favoritdir, hazırda Avropanın ən güclü 3 komandasından biridir. Biz bütün diqqətimizi bu görüşə yönəldəcəyik”.

Xatırladaq ki, komandaların Vilyarrealdakı (İspaniya) "Ceramics - El Madriqal" stadionunda keçirilən ilk görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər