Ule-Qunnar Sulşer: "Axmaq oyunçudansa, "deşik" yaxşıdı"

Ule-Qunnar Sulşer: "Axmaq oyunçudansa, "deşik" yaxşıdı"
"Məncə, komandada axmaq oyunçudansa,  nəzərəçarpan "deşik” olması yaxşıdı”.
Fanat.Az xəbər verir ki, bunu "Mançester Yunayted”in baş məşqçisi Ule-Qunnar Sulşer deyib.
Norveçli mütəxəssis "United We Stand”a açıqlamasında MY-də nəyi dəyişdiyindən danışıb:
"Futbolçuların şəxsi keyfiyyətləri çox önəmli məqamdı. 2019-un martında komanda həm fiziki, həm də psixoloji cəhətdən çox yorğun idi. Üstəlik, zədəlilərin də sayı çox idi. Kollektiv bədbinliyə qapılmışdı. Digər tərəfdən, bəzi futbolçularımızın şəxsi problemlərinin olması bizə əlavə çətinliklər yaradırdı. Belə şeyləri qısa müddətdə qaydaya salmaq mümkün deyil...
İndi isə durum fərqlidi. Hər şey yaxşıya doğru dəyişib. Oyunçular başa düşürlər ki, hamı çox oynaya bilməz. Belə deyim, uşaqlar müxtəlif vəziyyətlərdə müxtəlif fiqurlara ehtiyac yarandığını dərk etməyə başlayıb. İndi kollektivdə bir dənə də "çürük alma”qalmayıb".
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər