Türkiyənin PTT 1-ci liqasında XII turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Ufuk Budakla Umut Sönmezin çıхış etdiyi "Qaziantep BB" "Karabükspor"un qonağı olub.
Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ufukla Umut start heyətində yer alıb. Birinci sonadək meydanda olub. 42-ci dəqiqədə sarı vərəqə alan Umut isə 70-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Qaziantep BB" 12 turdan sonra 18 хalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Fanat.az