Ufuk Budak oynadı, "Kayseispor" mərhələ adladı

Ufuk Budak oynadı, "Kayseispor" mərhələ adladı

Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budak “Kayserispor”un heyətində növbəti oyununu keçirib. Fanat.Az xəbər verir ki, 26 yaşlı futbolçu Türkiyə Kubokunun II mərhələsi çərçivəsində "Orhanqazispor"la matçda iştirak edib.

 

Meydana start heyətində çıxan Ufuk 57-ci dəqiqədə Deniz Türüçlə əvəzlənib.

 

Qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə nəticələndiyindən, qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılıb. Burda isə daha 1 qol vuran Kayseri təmsilçisi oyundan 3:2 hesablı qələbə ilə ayrılaraq, növbəti mərhələyə keçib. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər