FIFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.
Fanat.Az xəbər verir ki, təcrübəli referi Konfrans Liqasında 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində martın 9-da Moldovada keçiriləcək “Şerif” (Moldova) – “Nitsa” (Fransa) qarşılaşmasını idarə edəcək.
Ona digər həmyerlilərimiz Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.