U-21 yığmamız səfərdə 5:0 qalib gəldi - YENİLƏNDİ

U-21 yığmamız səfərdə 5:0 qalib gəldi - YENİLƏNDİ

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Milan Obradoviçin baş məşqçisi olduğu komanda səfərdə Estoniya ilə üz-üzə gəlib.

Parnu şəhərində yerləşən “Parnu Rannastadion”dakı qarşılaşmada yığmamız 5:0 hesabı ilə qalib gəlib.

AVRO-2023, seçmə mərhələ

Estoniya - Azərbaycan 0:5

Qollar: Musa Qurbanlı 3, 33. Rüfət Abdullazadə, 49 (pen.). Ceyhun Nuriyev, 50. İsmayıl Zülfüqarlı, 84.

Baş hakim: Robert İan Jenkins (Uels)

Parnu. “Parnu Rannastaadion”

Qeyd edək ki, Azərbaycan yığması A qrupunda 7 oyundan sonra 4 xalla 5-ci pillədə qərarlaşıb. 8 qarşılaşmanın hamısında məğlub olan Estoniya isə sonuncu - 6-cı yerdədir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər