Bu gün U-21 Antalya toplanışı çərçivəsində 4-cü yoxlama oyununu keçirib. Fanat.Az xəbər verir ki, Yaşar Vahabzadənin komandası Səudiyyə Ərəbistanının U-20 millisiylə qarşılaşıb.
Millimiz 0:1 hesabıyla uduzub.
Xatırladaq ki, U-21 bundan əvvəl Almaniya “Rot-Vayss Erfurt”uyla qolsuz bərabərliyə razılaşmış (0:0), Qazaxıstan “Okjetpes”iylə 2:2 hesablə heç-heçə etmiş və Almaniyanın daha bir aşağı liqa komandasına – “Egestorf”a uduzmuşdu -2:4.
Fanat.Az