U-17 son oyunda təsəlli tapdı

U-17 son oyunda təsəlli tapdı

17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin XI qrupunda mübarizə başa çatıb.

 

Fanat.Az xəbər verir ki, ilk iki oyunda ağır yenilgilər alan yığmamız son görüşünü bu qrupun oyunlarına ev sahibliyi edən ölkənin təmsilçisinə - Bolqarıstanda qarşı keçirib.

 

 

 

Formal xarakter daşıyan görüşdə seçməmiz 2:1 hesablı qələbəylə sonunculuqdan qurtulub. Tural Vəlizadənin dublu təsəlli zəfərini şərtləndirib. Birinci yer uğrunda qarşılaşmada isə Ukrayna İrlandiyaya boyun əyib – 1:3.

 

Qeyd edək ki, hər qrupda ilk iki pilləni tutan millilər və ən yaxşı göstəriciyə malik dörd 3-cü yer sahibi elit-raundda mübarizə aparacaq.

 

 

 

Avropa çempionatının seçmə mərhələsi

III tur

16 oktyabr

 

Azərbaycan – Bolqarıstan - 2:1

Qollar:Turan Vəlizadə, 18, 80+2 - Nikolov, 45

Baş hakim: Barbeno Luka (San Marino)

Qorna Orexovitse. "Lokomotiv” stadionu

 

 

Fanat.Az

 

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər