U-17 beynəlxalq turnirə gedir

U-17 beynəlxalq turnirə gedir

Azərbaycanın U-17 millisi Belarusun paytaxtı Minskdə təşkil olunacaq İnkişaf turnirində iştirak edəcək.

Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, turnir aprelin 22-dən 28-dək keçiriləcək. Azərbaycan yığması Belarus, Özbəkistan və Tacikistan komandaları ilə qarşılaşacaq.

İlham Yadullayevin baş məşqçisi olduğu kollektiv aprelin 23-də Belarus, 25-də Özbəkistan, 28-də isə Tacikistanla üz-üzə gələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər