Bu yay Rusiyada keçirilən dünya çempionatında Belçika millisinin baş məşqçisi Roberto Martinezin köməkçisi olan Tyerri Anri baş məşqçi kimi fəaliyyətə başlayır.
Fanat.Az "RMC Sport"a istinadən xəbər verir ki, əfsanəvi fransız futbolçu "Bordo"nu çalışdıracaq. Məlumata görə, Anri həftəsonu "Monako" ilə keçiriləcək matçda komandanı meydana çıxaracaq.
Anlaşmadan öncə klubun maliyyə vəziyyəti və bazası ilə tanış olan 41 yaşlı veteran futbolçu GACP şirkətinin (General American Capital Partners) klubu satın alması sayəsində istədiyi fubolçuları transfer edib Avropa Liqasında və Fransa Liqa 1-də uğurlu nəticələr əldə etmək istəyir.
Qeyd edək ki, Anri futbolçu karyerası ərzində Fransanın "Monako", İtaliyanın "Yuventus", İngiltərənin "Arsenal", İspaniyanın "Barselona" və ABŞ-ın "Nyu York Redd Buls" klublarında çıxış edib.
Fanat.Az