Tuxel Sadio Mane haqda sərt danışdı: "Ondan maksimumu tələb edəcəyəm" 

Tuxel Sadio Mane haqda sərt danışdı: "Ondan maksimumu tələb edəcəyəm" 

"Bayern Münhen"in baş məşqçisi Tomas Tuxel Sadio Mane haqda sərt açıqlama ilə diqqət çəkib. 

Fanat.Az xəbər verir ki, "Sport1"ə danışan alman mütəxəssis açıq ehyamla ulduz futbolçuya ciddi ehtiyac duymadıqlarını vurğulayıb. 

“Sadio qeyri-qənaətbəxş mövsüm keçirdi və nə klubun, nə də özünün ümidlərini doğrultmadı.

Onun mövqeyi uğrunda rəqabət çox yüksəkdir. Kinqsli Koman bizim üçün son dərəcə vacibdir, Serj Qnabri formaya qayıtdı və vacib qollar vurdu. Nəticədə Sadio üçün vəziyyət çox çətin oldu.

Amma bir-birimizin fikirlərini bilirik. Onun müqaviləsi var və biz ondan maksimumu tələb edəcəyik. Sonrasına baxarıq - futbolda sürprizlər çox olur".

Xatırladaq ki, Sadio Mane cəmi bir il əvvəl “Liverpul”dan “Bayern Münjen”ə keçmişdi. Zədələr və qalmaqallar səbəbindən seneqallı heç də yaxşı mövsüm keçirmədilər.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər