Tuxel Konte ilə yaşadığı insidentə aydınlıq gətirdi

Tuxel Konte ilə yaşadığı insidentə aydınlıq gətirdi

"Çelsi"nin baş məşqçisi Tomas Tuxel İngiltərə Premyer Liqasının 2-ci turu çərçivəsində "Tottenhem"ə qarşı keçirdikləri oyunda (2:2) rəqib komandanın baş məşqçisi Antonio Konte ilə yaşadığı insidentə aydınlıq gətirib.

Fanat.Az xəbər verir ki, alman çalışdırıcı "Sky Sports"a açıqlamasında belə danışıb:

"Mən bir-birimizin əlini sıxan zaman Kontenin gözlərinə baxmağı vacib saydım. Görünən budur ki, o, başqa cür düşünürmüş..."

Qeyd edək ki, xoşagəlməz hadisə final fitindən sonra qeydə alınıb. Belə ki, mütəxəssislər bir-birinin əlini sıxan zaman Tuxel italiyalı çalışdırıcıya narazılıqlarını çatdırıb. Lakin Konte buna aqressiv reaksiya verib və insident böyüyüb. Nəticədə, hələ matçın gedişində sözləri çəp gələn baş məşqçilərin hər ikisinə qırmızı vərəqə göstərilib. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər