Tuxel bu oyunu uduzsa, qovulacaq - Açıqlandı

Tuxel bu oyunu uduzsa, qovulacaq - Açıqlandı

"Bayern Münhen" rəhbərliyi komandanın baş məşqçisi Tomas Tuxellə əməkdaşlığa vaxtından əvvəl son qoymaq barədə düşünür.

Fanat.Az xəbər verir ki, informasiyanı "The Athletic" yayıb.

Məlumata görə, Münhen təmsilçisi Almaniya Bundesliqasının 23-cü turunda "Leyptsiq"ə yeniləcəyi halda, Tuxel qovula bilər. Mənbə sözügedən mütəxəssisin futbolçularla dil tapmağa çətinlik çəkdiyini və əksər oyunçuların onun getməsini arzuladığını da diqqətə çatdırıb.

Qeyd edək ki, Bundesliqanın turnir cədvəlində 2-ci pillədə mövqe tutan "Bayern" lider "Bayer Leverkuzen"dən 8 xal geri qalır. Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Latsio"ya 0:1 hesabı ilə uduzan münhenlilər "Leyptsiq"lə fevralın 24-də qarşılaşacaqlar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər