"Bayern Münhen"in baş məşqçisi Tomas Tuxel gələn mövsüm də klubda qala bilər.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Florian Plettenberq sosial şəbəkə hesabında məlumat paylaşıb.
Mənbənin məlumatına görə, tərəflər danışıqlar aparıblar və alman nəhənginin rəhbərliyi mütəxəssisi saxlamaq istəklərini açıqlayıb. Tuxel də öz növbəsində yeni müqavilə tələbini irəli sürüb. Çalışdırıcı yalnız "Bayern" ilə yeni müqavilənin müddətinin ən azı 2026-cı ilin ortalarına qədər davam edəcəyi təqdirdə qalmağa hazır olduğunu şərt irəli sürüb.
Qeyd edək ki, Münhen nəhəngi uzun müddətdən sonra ilk dəfə bu mövsümü kuboksuz başa vurub. Bundesliqada "Bayern" çempionluğu "Bayer"ə uduzub, "Real Madrid" tərəfindən isə Çempionlar Liqasından kənarlaşdırılıb.