Almaniya Qərb Regional Liqasında XVII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Toğrul Eratın çıxış etdiyi "Fortuna"nın U-23 komandası doğma meydanda "Oberhauzen"lə qarşılaşıb.
Görüş futbolçumuzun komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Erat fasilədə əvəzlənib.
Qeyd edək ki, Toğrulun komandası hazırda 25 xalla 19 klub arasında 7-ci pillədə qərarlaşıb.
Fanat.az