Türk müdafiəçi İngiltərəyə gedir- FOTO

Türk müdafiəçi İngiltərəyə gedir- FOTO

İngiltərə təmsilçisi “Sautqempton” Moskva “Spartak”ının türk müdafiəçisinə elçi düşüb. Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, ingilislər Serdar Taşçını mövsümün sonunadək icarəyə götürmək istəyir.

Mənbə sözügedən klubun Taşçıya “Vest Hem”ə keçən Joze Fontenin əvəzləyicisi qismində baxdığını qabardıb. Eləcə də üç ay oynamayacağı dəqiqləşən digər müdafiəçinin - Virgil van Deykin sıradan çıxmasını əsas gətirib.

Hazırda Serdar diz zədəsinin bərpasıyla məşğuldu. O, fərdi proqram üzrə hazırlaşır.

Qeyd edək ki, “Sautqempton” 22 turdan sonra 27 xalla İngiltərə birinciliyində turnir cədvəlinin 11-ci pilləsindədi.

 

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər