Türk klubu millimizin üzvünü satır - 2 milyon avroya

Türk klubu millimizin üzvünü satır - 2 milyon avroya

Slovakiyanın "Jilina" klubu millimizin üzvü Ramil Şeydayevin transfer hüququnu almaq istəyir. Fanat.Az xəbər verir ki, slovakiyalılar bununla bağlı gənc hücumçunun müqavilə ilə bağlı olduğu "Trabzonspor"a müraciət edib.

"Jilina" icarəyə götürdüyü futbolçunun transfer hüququnu almaq üçün 500 min avro təklif edib. Lakin "Trabzonspor" 2 milyon avro istəyib. Lakin klub rəhbərliyi danışıqları uzatmaq istəmir və futbolçumuzu sərfəli qiymət qarşılığında satmaq istəyir.

Qeyd edək ki, "Trabzonspor" Ramil Şeydayevi "Zenit"dən 170 min avroya alıb. O, "Jilina"nın heyətində 13 oyun keçirib, 5 qol vurub, 2 məhsuldar ötürmə edərək çempion olub. Futbolçumuz klubun əvəzedici heyətində keçirdiyi 2 oyunda 2 dəfə fərqlənib. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər