Turin klubu rusa görə güzəşt istəyir

Turin klubu rusa görə güzəşt istəyir

"Torino" son mövsümdə icarə əsasında formasını geyinən rus yarımmüdafiəçi Aleksey Mirançukun transfer etmək üçün "Atalanta" ilə danışıq aparır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Toro News" yayıb.

Xəbərə görə, Turin təmsilçisi Berqamo klubuna 9,5 milyon avro ödəyərək onu heyətində qatmaq hüququna malik olsa da, bu məbləğin müəyyən qədər azaldılmasına çalışır. "Torino" rəsmiləri danışıqlar zamanı Mirançukun özünün komandada qalmaq istəyini əsas gətirərək "Atalanta"dan qiymət məsələsində güzəşt istəyiblər.

Qeyd edək ki, 27 yaşlı Mirançuk 2022/23 mövsümündə "Torino" forması ilə 31 matça çıxaraq 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər