Turin derbisi: Alleqri lideri olmağı hədəfləyib

Turin derbisi: Alleqri lideri olmağı hədəfləyib

İtaliya A Seriyasının VII turunda "Yuventus" "Torino"nun qonağı olacaq. 

Fanat.Az xəbər verir ki, Turin derbisindən öncə "Qoca sinyora"nın baş məşqçisi Massimiliano Alleqri (Massimilano Allegri) mətbuat konfransında çıxış edib. 

54 yaşlı mütəxəssis rəqib komandanın şanslarını dəyərləndirib: "Bu, Turin derbisidir. Azarkeşlər üçün önəmli bir oyundur. Turnir cədvəlində vəziyyətimizi düzəltməliyik. "Torino" oyun boyu işləyən və təzyiq göstərən bir komandadır. Yuriç komandada yaxşı iş görüb. Klub rəqiblərinə demək olar ki, şans vermir. Amma yenə təkrar edirəm, biz çempionatın liderinə çevrilmək uğrunda hər şey edəcəyik".

Qeyd edək ki, "Torino" - "Yuventus" oyunu Bakı vaxtı ilə 20:00-da start götürəcək. 

Xatırladaq ki, turnir cədvəlində "Torino" və "Yuventus" klubları bərabər xala (8) sahibdir və 9-cu yeri bölüşdürürlər.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər