Qazaxıstan Super Kubokunun qalibi müəyyənləşib. Fanat.Az xəbər verir ki, "Kayrat" klubu kuboku muzeyinə aparıb.Ötən mövsüm "Astana" həm ölkə çempionluğunu, həm də kubokunu qazandığından Super Kubokda Premyer Liqanın gümüş mükafatçısı "Kayrat"la qarşılaşıb. Oyun ikincilərin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 76-cı dəqiqədə Sesar Arso, 90-cı dəqiqədə isə İslambek Kuat vurub.Bununla da "Kayrat" ardıcıl ikinci il Super Kuboka yiyələnib. Almatı komandası yalnız aktivində 3 belə mükafatı olan "Aktobe"yə uduzur.Qeyd edək ki, "Kayrat"a Kaxaber Tsxadadze başçılıq edir. O, 2008-ci ildə Bakının "Standard", 2009-2014-cü illərdə isə "İnter" komandalarının baş məşqçisi olub. O, baş məşqçi karyerasında ilk dəfə Super Kubok əldə edib. Əvvəllər Tsxadadze 2 dəfə - Tiflisin "Dinamo" (2004-2005) və Bolnisinin "Sioni" (2005-2006) komandalarına Gürcüstan, "İnter"ə (2009-2010) isə Azərbaycan çempionluğu qazandırıb. Fanat.Az
Tsxadadze Super Kubok qazandı
TREND
Tv Afişa
10:47
18.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Futbol
12:05
20.10.2026
Şahin Diniyev "Sabah" - "Borussiya" matçına proqnozunu açıqladı
Azərbaycan futbolu
15:10
21.10.2026
Nəriman "Qarabağ"a qayıtmaq istəyirmi? - Özü cavabladı
Tv Afişa
09:51
23.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA