ABŞ prezidenti Donald Tramp Vaşinqtonu tərk edərək Floridaya istirahətə yollanmışdı.
Xanımı Melaniya ilə birlikdə Qərbi Palm-Biçdəki "Trump International Golf Club"a gedən Donald Tramp burada Amerika Milli Futbol Liqasının (NFL) Kuboku uğrunda final matç olan "Superboul"u izləyib.
"Superboul"da "Nyu England Petriots"la "Atlanta Feniks" klubları qarşılaşıblar. "Petriots" 38:24 hesabla qalib gəlib.
Trampı Ağ Ev administrasiyasının rəhbəri Rayns Pribus müşayiət edib.
Matçdan sonra D.Tramp Tvitter-dəki akkauntunda "Petriots"un lideri Tom Bredini təbrik edib.
Tramp ona məxsus "Trump Plaza"da olarkən təqribən 3 min amerikalı binanın qarşısına toplaşaraq etiraz aksiyası keçiriblər.
Onlar ABŞ-a immiqrasiya qanunlarının sərtləşdirilməsinə qarşı çıxıblar.(milli.az)
Fanat.Az