Futbol üzrə İran çempionatında 12-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb. Təbriz komandası öz meydanında “Zobahan”a 0:1 hesabı ilə yenilib. 12 tura 11 xal toplayan “Traktor” turnir cədvəlində 16 kollektiv arasında 13-cü pillədədir.