Tovuzda dramatik matç - Liderin oyununda 11 qol vuruldu

Tovuzda dramatik matç - Liderin oyununda 11 qol vuruldu

Futbol üzrə Azərbaycan I Divizionunda XXII tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun ikinci oyun günündə 4 matç keçirilib. 

Günün ilk oyunu dramatik məcrada keçib. Belə ki, "Turan Tovuz-2" ilə lider "Araz Naxçıvan"ın duelində 11 qol vurulub. Hesabı meydan sahibi olan qərb təmsilçisi açsa da, matçın gedişində bu və ya digər tərəf hərəyə 3 dəfə üstünlüyə yiyələnib. Sonda qonaq komanda 3 xalı minimal fərqlə əldə edib.

 Liderin ən yaxın izləyicisi "Neftçi-2" isə İmişli səfərində asan qələbə qazanıb. "Ağ-qaralar" ilk yarının ortalarından azlıqda mübarizə aparmalı olan meydan sahiblərinin qapısından 5 cavabsız top keçirib. 

Digər oyunlara gəlincə, "Qaradağ Lökbatan" "Kəpəz-2"-ni, "Zaqatala" isə "Qarabağ-"-ni səfərdə minimal hesabla üstələyiblər. I Divizion XXII tur 30 mart

“Turan Tovuz-2” – “Araz Naxçıvan” 5:6 Qollar: Akif Tağıyev, 7. Elvin İsmayılov, 20. Həzrət İsayev, 29. Elçin Qasımov, 68. Abbas Ağazadə, 71 - Orxan Əliyev, 11, 88. Bayraməli Qurbanov, 13, 62. Səbayıl Bağırov, 30. Fəhmin Muradbəyli, 75.  Hakimlər: Kamran Əliyev, Kərim Zeynalov, Orxan İbişov, İslam Məmmədov Hakim-inspektor: Ömər Paşayev AFFA nümayəndəsi: Məmmədəli Məmmədov Tovuz şəhər stadionu, 14:00

“Kəpəz-2” – “Qaradağ Lökbatan” 0:1 Qol: Rəvan Abasov, 62. Hakimlər: Emin Əliyev, Səbuhi Soltanov, Aydın Bəxşiyev, Namiq Bəkirov Hakim-inspektor: Gülağa Cabarov AFFA nümayəndəsi: Elçin Məmmədov Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00

“İmişli” – “Neftçi-2” 0:5 Qollar: Elşad Tağıyev, 12, 21, 42. Seymur Əliyev, 60, 65.  Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Sənan Atayev, Şamil İmanzadə Hakim-inspektor: Asim Xudiyev AFFA nümayəndəsi: Rüfət Əmirov Saatlı OİK stadionu, 15:00

“Qarabağ-2” – “Zaqatala” 1:2 Qollar: Əli Abdullayev, 73-öz qapısına - Bəhruz Teymurov, 9, 76.  Hakimlər: Elvin Bayramov, Tərlan Talıbzadə, Rəhman Aslanov, Fəridə Lütfəliyeva Hakim-inspektor: Barış Şimşek AFFA nümayəndəsi: Emin Cəfərov Binə qəsəbə stadionu, 15:00 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər