Tovuz şəhər stadionunun ot örtüyü yenilənir - FOTOLAR

Tovuz şəhər stadionunun ot örtüyü yenilənir - FOTOLAR

AFFA Tovuz şəhər stadionunda süni ot örtüyünün yenilənməsi ilə bağlı işlərə başlayıb.

Fanat.Az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, əvvəlcə hazırkı ot örtüyünün sökülməsi başa çatdırılacaq.

Bundan sonra isə standartlara cavab verən yeni süni ot örtüyü quraşdırılacaq.

Qeyd edək ki, yeni mövsümdən Premyer Liqada çıxış edəcək "Turan Tovuz" ev oyunlarını bu arenada keçirir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər