"Torino" rusu bu qiymətə istəyir, klubu razılaşmır

"Torino" rusu bu qiymətə istəyir, klubu razılaşmır

Müqavilə ilə "Atalanta"ya məxsus olan rusiyalı yarımmüdafiəçi Aleksey Mirançukun transfer hüquqlarına yiyələnmək istəyən "Torino" Berqamo təmsilçisinin tələb etdiyi məbləği ödəməyə hazırlaşmır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Tuttosport" yayıb.

Xəbərə görə, "Atalanta" qarşı tərəfdən 9,5 milyon avro və 1,5 milyon avro bonus istəsə də, Turin klubu rusu 7 milyon avrodan baha qiymətə almağı planlaşdırmır. A Seriyası təmsilçilərinin indiyədək məbləğ məsələsində razılığa gəlmədikləri və bu səbədən Mirançukun növbəti mövsümə "Torino"da deyil, "Atalanta"da başlaya biləcəyi vurğulanıb.

Qeyd edək ki, Mirançuk son mövsümdə icarə əsasında formasını geyindiyi Turin təmsilçisində 31 oyuna çıxaraq 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər