Topu öpmək, meydana tüpürmək və forma dəyişdirmək olmaz

Topu öpmək, meydana tüpürmək və forma dəyişdirmək olmaz
Cənubi Amerika Futbol Konfederasiyası mövsüm bərpa olunduqdan sonra futbolçulara bir neçə məhdudiyyət tətbiq edəcək.
Fanat.Az "Associated Press"ə istinadən xəbər verir ki, Libertadores Kubokunda oyunçuların topu öpməsi, matçlardan sonra forma dəyişdirməsi, meydanda tüpürməsi və burunlarını təmizləməsi qadağan ediləcək. Oyunlardan əvvəl komanda kapitanlarının vımpel mübadiləsi də ləğv ediləcək.
Futbolçular və məşqçilər ancaq öz butulkalarından su içə biləcəklər. Jurnalistlərin isə yalnız maska taxmaq şərtilə mətbuat konfranslarında iştirakı mümkün olacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər